Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu binanın lifti tez-tez sıradan çıxır - VİDEO

Bu binanın lifti tez-tez sıradan çıxır - VİDEO

Tarix: 8 Sentyabr 2022 16:14

Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yerləşən 17 mərtəbədən ibarət 240 mənzilli yaşayış binasında liftin qapısı təhlükəsizlik lenti ilə bağlanıb. Yuxarı mərtəbələrdə yaşıyan sakinlər mənzillərinə girib-çıxmaqda çətinliklə üzləşirlər. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,sakinlər iddia edirlər ki, sözügədən binada liftlər tez-tez sıradan çıxır.  
Onların sözlərinə görə, liftlərə vaxtı-vaxtında texniki xidmət göstərilmir. 
Sakinlər illərlə yaşadıqları mənzilləri üçün çıxarış da ala bilmədiklərini deyirlər. 

Binanı inşa edən Hidayət N MTK-nın sədri vəzifəsini icra edən Venera Rüstəmova bildirib ki, liftlərdə yaranan nasazlıq aradan qaldırılacaq. Çıxarış məsələsinə gəlincə, MTK tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilsə də, yanğın təhlükəsizliyi ilə bağlı tələblər pozulduğuna görə bina istismara qəbul edilmir. 

Fövqəladə Hallar Nazirliyindən isə qedy edilib ki, liftin indiki vəziyyəti sakinlərin həyatı və sağlamlığına təhlükə yaratdığı üçün istismarı dayandırılıb. Araşdırmalar zamanı liftlərə texniki xidmət göstərilməsi üçün heç bir lisenziyalı təşkilatla müqavilə bağlanmadığı da məlum olub. MTK rəhbərliyi bu problemi və yanğın təhlükəsizliyi ilə bağlı məsələri həll etsə lift də istismara veriləcək, binanın çıxarış məsələsi də həll olunacaq.


Etiketlər:  binanın lifti sıradan çıxır VİDEO


RƏYLƏR