Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstirahətə yollanan qadını köpək balığı parçaladı - VİDEO

İstirahətə yollanan qadını köpək balığı parçaladı - VİDEO

Tarix: 8 Sentyabr 2022 16:36

Baham adalarında kruiz gəmisinin 58 yaşlı sərnişini köpək balığı tərəfindən parçalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küt burunlu köpəkbalığı qadına şnorkellə (maska və hava borusu ilə dərinliyə dalma) məşğul olan zaman hücum edib.

Gəminin ekipajı amerikalı turisti sudan çıxarıb xəstəxanaya çatdıra bilsə də, onu xilas etmək mümkün olmayıb.

"Royal Caribbean International" kruiz şirkəti tərəfindən verilən açıqlamaya görə, mərhum ABŞ-ın Florida ştatından yola düşən laynerlə yeddi günlük səyahətə çıxıb. Kruizdə qadınla birlikdə əri, qızı və oğlu da olub.

Milli.Az


Etiketlər:  İstirahətə yollanan qadını köpək balığı parçaladı VİDEO


RƏYLƏR