Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 18:44
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5-i vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, 9 843 nəfər vəfat edib, aktiv xəstə sayı 3 027 nəfərdir.
Ölkədə son sutka ərzində 3 772, hazırkı dövrədək isə 7 184 639 test aparılıb.