Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti ilə bağlı suala əsəbiləşdi - “Siz kimsiniz?"

Xalq artisti ilə bağlı suala əsəbiləşdi - “Siz kimsiniz?

Tarix: 8 Sentyabr 2022 19:44

Rusiyanın Xalq artisti Filipp Kirkorov Alla Puqaçova ilə bağlı suallara görə, mətbuat nümayəndələrinə sərt reaksiya verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı ötən gün qatıldığı təqdimat mərasimində yerli KİV-in suallarını cavablandırıb. Növbə Puqaçova ilə bağlı suala gələndə o, səs tonunu dəyişib:

"Siz kimsiniz ki, Alla Borisovnanı və onun hərəkətlərini qınayır, müzakirə və şərh edirsiniz? O, bu ölkə üçün o qədər yaxşı işlər görüb ki, onu hər şeydə təqsirli bilmək günahdır. Nədənsə bütün nöqsanlarda Alla Borisovnanı günahlandırmaq dəb halını alıb".

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. O, bu yaxınlarda övladları ilə birgə Rusiyaya qayıdıb.

Milli.Az


Etiketlər:  Xalq artisti ilə bağlı suala əsəbiləşdi Siz kimsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ