Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-Sinqapur təyyarəsi Bakıda təcili eniş edib

Paris-Sinqapur təyyarəsi Bakıda təcili eniş edib

Tarix: 9 Sentyabr 2022 07:56

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Bu barədə Sonxeber.net-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.


Etiketlər:  Paris Sinqapur təyyarəsi Bakıda təcili eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ