Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 12:28
Sonxeber.net xəbər verir ki, lent.az-ın əməkdaşı bir saata öləcəyini bildirmiş teleaparıcı Ceyhun Əsgərovla əlaqə saxlayıb.
Aparıcı bildirib ki, hazırda evdədir və yardıma ehtiyacı yoxdur. O, paylaşımı həyat yoldaşına görə yazdığını söyləyib.
Onun yanına getmək, dəstək olmaq istəsək də, razılaşmayıb. Buna ehtiyac olmadığını söyləyib.
Qeyd edək ki, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov qəribə paylaşımı ilə diqqət çəkib. O, öz Facebook hesabında paylaşım edərək bir saata həyatdan gedəcəyini yazıb. Bir çox izləyicilər bunu intihar anonsu kimi qiymətləndiriblər.
Səhhətində problemlər olan Ceyhun Əsgərov uzun müddətdir xəstədir və müalicə almaqdan imtina edirdi. Aparıcı hazırda xəstəxanaya yerləşdirilib.