Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO)

Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO)

Tarix: 28 Sentyabr 2019 16:40

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsi Denis Kupsov, “AZEL Systems” MMC-nin prezidenti İqor Yakovenko və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) əməkdaşı Rəşid Məmmədovu qəbul edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan K.İmanov ölkəmizdə həyata keçirilən institusional islahatlar nəticəsində müəlliflik hüququ və əlaqəli hüquqlar, həmçinin sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən Əqli Mülkiyyət Agentliyinin yaradıldığını bildirib. Agentliyin sədri ABŞ-ın “Microsoft” şirkətinin proqram təminatı məhsullarının qorunması üzrə işlərin səmərəsinin artırılması istiqamətində bir sıra işlərin görüldüyünü və hazırda “Oracle” şirkəti ilə də bu sahədə müzakirələrin davam etdirildiyini qeyd edərək, “Trimble” şirkətinin üzləşdiyi promlemləri dinləməyə hazır olduqlarını diqqətə çatdırıb.

Qəbul üçün təşəkkürünü bildirən D.Kupsov “Trimble” şirkətinin proqram təminatı üzrə məhsullarından bir sıra hallarda ölkəmizdə lisenziyasız istifadə olunmasından narahatlığını ifadə edib. O, “Trimble” şirkətinin bu cür hüquq pozuntularına qarşı mübarizə üsulları üzrə digər ölkələrdəki təcrübəsi barədə məlumat verib və Azərbaycanda şirkətin softver məhsullarının qeyri-qanuni istifadə edilməsi halları ilə mübarizədə Agentliyin köməklik göstərməsini xahiş edib.

İnformasiya texnologiyaları üzrə beynəlxalq şirkətlərin Azərbaycanda təmsil olunmaları istiqamətində uzun müddət çalışdıqlarını söyləyən İ.Yakovenko da “Trimble” şirkətinin məhsullarından Azərbaycanda bir sıra özəl tikinti şirkətlərinin qanuni istifadə etdiyini, lakin bəzi hallarda lisenziyasız istifadə hallarının da olduğunu vurğulayıb.

Həmçinin R.Məmmədov AmCham”ın da Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasında və bu iqtiqamətdə Agetnlik ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.

Sonra Kamran İmanov ölkəmizdə müəllif hüququ obyektlərinin qeydiyyatı sistemi haqqında məlumat verib, bunun hüquq sahiblərinin, o cümlədən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin maraqlarında olmasını və mübahisələr yaranan hallarda, əsərlərin qeydiyyatı haqqında Agentlik tərəfindən verilən şəhadətnamələrin məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanındığını vurğulayıb.

Agentliyin rəhbəri “Trimble” şirkətinin proqram təminatı məhsullarının qeyri-qanuni istifadə halları barəsində Agentliyə müraciət edilməsinin vacib olduğunu və bununla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq addımların atılacağını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO) Kamran İmanov ABŞ-ın “Trimble” şirkətinin nümayəndəsini qəbul edib (FOTO)


Etiketlər:  Kamran İmanov ABŞ Trimble şirkətinin nümayəndəsini qəbul edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ