Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda atışma olub, xəsarət alanlar var

Ermənistanda atışma olub, xəsarət alanlar var

Tarix: 10 Sentyabr 2022 08:06

Ermənistanın paytaxtı İrəvanda nənə və nəvə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, 25 yaşlı nəvə (S.Arutyun) "Erebuni" tibb mərkəzinə, 89 yaşlı qadın (M.Marus) isə Şenqavit tibb mərkəzinə aparılıb. Yaralılar paytaxtın Şenqavit inzibati rayonundakı mənzillərin birindən xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onların şəxsiyyətini müəyyənləşdirir, həmçinin vətəndaşların hansı şəraitdə güllə yarası aldıqlarını öyrənməyə çalışırlar.

Nəşrin məlumatına görə, onların xəsarət aldıqları mənzildə "Makarov" tapançası aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Ermənistanda atışma olub xəsarət alanlar


RƏYLƏR