Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

Pakistanda yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

Tarix: 10 Sentyabr 2022 08:16

Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1 400 nəfərə çatıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1 396 nəfər ölüb, 12 728 nəfər yaralanıb.

Aramsız yağışlar 1 743 345 evə ziyan vurub, onlardan 568 817-si tamamilə dağılıb.

Qeyd edilir ki, 6 674 kilometr yol və 269 körpü dağıdılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.


Etiketlər:  Pakistanda yağışlarda ölənlərin sayı nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ