Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:38
Korsika adasının cənubunda baş vermiş fırtına ciddi dağıntı və tələfata səbəb olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təbii fəlakət 90 gəmini sıradan çıxarıb. Gəmilərin əksəriyyəti sahilə gətirilsə də, 28-i tam yararsız hala düşüb. Fırtına həmçinin bir balıqçı gəmisinin qəzaya uğraması ilə nəticələnib. Qəzada 5 balıqçı həyatını itirib.