Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 15:02
"Fənərbağça" qış transfer dönəmində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Nottinqem Forest"in 21 yaşlı müdafiəçisi Loik Mbe Sonu heyətinə qatmaq istəyir. Ondan əlavə, Danimarkanın "Norşellan" klubundan 19 yaşlı müdafiəçi Adama Naqalo da "Fənərbağça"nın hədəfindədir. Klub hər iki futbolçunu yaxından izləyir.
Baş məşqçi Jorje Jesusun seçiminə əsasən, "Fənərbağça" adıçəkilən iki futbolçudan birinin transferi üçün əlindən gələni edəcək.