Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 15:22
Bəzi şəxslər meşələrin ətrafında, yaşayış evlərinin yaxınlığında ocaqxana qurub kömür istehsal edirlər. Heç bir yanğın təhlükəsizlik qaydalarına əməl etməyən şəxslər təbiətə ziyan vururlar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qeyri-qanuni yolla ağac kömürü istehsal edən şəxslərə xəbərdarlıq edib.
Xidmətin şöbə rəisi Cəmil Xudiyev deyib ki, qaydalara görə meşədə və onun ətrafında, eləcə də yaxşayış evlərinin yaxınlığında bu cür ocaqxanaların qurulması tamamilə qadağandır. Kömür istehsalı aidiyyəti qurumlarla razılaşdırılmaqla, qanunla nəzərdə tutulmuş yerlərdə həyata keçirilə bilər.
Cəmil Xudiyev bildirib ki, 2021-ci ildə 23, 2022-ci ildə isə 12 ünvanda qanunsuz fəaliyyət göstərən ocaqxanalar aşkar edilib, sahibləri inzibati qaydada cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəisi Hikmət Əlizadə isə qeyd edib ki, bu il ərzində müxtəlif ərazilərdə 70 kömür istehsal edən ocaqlar aşkar edilib. Sahibləri isə ümumilikdə 25 min 350 manat miqdarında cərimə tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 518-ci madəsinə görə qanunsuz ocaqxanalar təşkil edən fiziki şəxslər 20-30, vəzifəli şəxslər 100-150 və hüquqi şəxslər isə 350-500 manatadək cərimələnə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: