Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama

Tarix: 10 Sentyabr 2022 18:34

DİN polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. 

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Milli.Az


Etiketlər:  DİN dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama


RƏYLƏR