Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” - “Nant” matçına getmək istəyənlərin nəzərinə

“Qarabağ” - “Nant” matçına getmək istəyənlərin nəzərinə

Tarix: 10 Sentyabr 2022 19:20

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam) - "Nant" (Fransa) oyununun biletləri sentyabrın 11-də saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), "Park Bulvar"dakı "Qarabağ"ın Fan-Şopundan, eləcə də "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən əldə etmək mümkün olacaq.


Etiketlər:  Qarabağ Nant matçına getmək istəyənlərin nəzərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ