Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 20:36
"Yeni gözlənilməz dəyişikliklər mümkündür".
Bunu parlamentin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan yazıb.
"Azərbaycan bir neçə gün əvvəl Ermənistana qarşı informasiya "hücumuna" başlayıb. Bu gün isə müdafiə naziri səviyyəsində sərhəddə gərginlik olduğunu bəyan edir, sonra isə qoşunlara sərt əmr verir ki, vəziyyətə nəzarət edin və dərhal cavab verin.
Azərbaycan davranışının əsasında 2 əsas motivi nəzərdən keçirmək olar.
Birincisi, Ermənistanla danışıqlarda nəsə səhv var, ola bilsin ki, bu, konkret prosesin tempi ilə bağlıdır.
İkincisi, Azərbaycan müxtəlif situasiyalarda həyata keçirilən tədbirləri daha da sərtləşdirərək cəbhə xəttindəki siyasətinə yenidən baxmağa çalışır.
Hər iki halda situasiyada yeni dəyişikliklər hələ də gözlənilməz inkişaflarla mümkündür",- deyə o yazıb.