Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Taliban"ın helikopteri qəzaya uğradı: ölən və yaralanan var

Tarix: 10 Sentyabr 2022 22:34

Əfqanıstanın paytaxtı Kabil şəhərində ABŞ istehsalı "Black Hawk" helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 5-i isə yaralanıb.

Qeyd edək ki, Taliban qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra ABŞ istehsalı olan bir neçə helikopteri ələ keçirib.

Milli.Az


Etiketlər:  Talibanın helikopteri qəzaya uğradı ölən yaralanan var


RƏYLƏR