Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda yük avtomobili velosipedçini vurub

Oğuzda yük avtomobili velosipedçini vurub

Tarix: 10 Sentyabr 2022 23:16

Oğuzda velosipedçini yük avtomobili vurub, vəziyyəti ağırdır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə axaşm saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili velosipedçini vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, qəza zamanı ağır xəsarət alan velosipedçi komatoz vəziyyətdə Şəki RMX-a daxil olub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi, Oğuz rayonu Yenikənd kənd sakini 2005-ci il təvəllüdlü Rövşən Rəşad oğlu Tağızadədir. Onun müalicəsi xəstəxananın reanimasıya şöbəsində aparılır.


Etiketlər:  Oğuzda yük avtomobili velosipedçini vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ