Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 16:36
Ukrayna ordusunun son günlər Rusiya hərbçilərindən azad etdiyi yaşayış məntəqələrinin adları açıqlanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumata görə, Milli Qvardiya döyüşçüləri bu günlərdə Xarkov vilayətinin Voloxov Yar qəsəbəsini azad ediblər və kənddə Ukrayna bayrağını qaldırıblar.
Eyni zamanda Ukrayna döyüşçüləri şəhər tipli Şevçenkove qəsəbəsinin işğaldan azad olunduğunu təsdiqləyiblər. Onun azad edilməsində Kiyev şəhərinin 112-ci Ərazi Müdafiə Briqadası iştirak edib və bunu feysbuk səhifəsində bunu təsdiqləyib.
Eyni zamanda Bayrak, Novaya Qusarovka, Şçurovka və Olxovatka qəsəbələri eyni gündə azad olunub. Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da təsdiqləyib. O, qeyd edib ki, ukraynalı döyüşçülər artıq 3 min kvadrat kilometr ərazini azad ediblər və artıq Rusiya ilə sərhədə 50 kilometr qalıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski 30 yaşayış məntəqəsinin azad olunduğunu açıqlayıb.