Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəyə qarşı təhlükəli HƏMLƏ – Qarabağ ilə bağlı ŞOK ADDIM

Türkiyəyə qarşı təhlükəli HƏMLƏ – Qarabağ ilə bağlı ŞOK ADDIM

Tarix: 11 Sentyabr 2022 19:39

Son zamanlarda Yunanıstandan Türkiyəyə yönəlik təxribatlar artıb. Afinanın təxribatları ilə böyüyən gərginlik genişlənsə, baş verəcəklər NATO və bölgə ölkələri üçün fəlakətə çevrilə bilər.

Bu barədə "Türkiyə" qəzeti yazıb.

Tarixçi Yusuf Halaçoğlu bildirib ki, Yunanıstanın Egey dənizində təxribatlarının artması Türkiyənin İraqda başladığı antiterror əməliyyatları və Dəməşqlə Ankara arasında başlayan danışıqlarla bağlıdır:

"Dəməşq-Ankara yaxınlaşması Qərbi qorxudur. Çünki belə bir vəziyyətdə "PKK terroru dövləti" layihəsi iflasa uğrayacaq. Ayrıca, mümkün Suriya-Türkiyə anlaşması ilə Aralıq dənizində Avropa Birliyi və yunanların manevr meydanı daralacaq. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti isə qalib gələn tərəf olacaq".

Türk ordusunun ehtiyatda olan polkovniki Cəlaləddin Yavuz hesab edir ki, mümkün Türkiyə-Yunanıstan müharibəsindən ən çox zərəri AB və NATO görə bilər:

"Qara dəniz və Balkanda rusların qarşısını ala biləcək yeganə güc Türkiyədir. Avropanı enerji böhranından yenə biz çıxara bilərik. Təkcə bu iki faktor Türkiyənin vazkeçilməz olduğunu göstərməyə bəs edir. ABŞ NATO-nu Çin və Rusiyaya qarşı çəkindirici gücə çevirməyə səy göstərdiyi vaxtda belə bir müharibə Qərb ittifaqına bərpası mümkün olmayan zərər vura bilər. Bununla yanaşı, İslam dünyasını da qarşılarına almalı olacaqlar. Buna görə açıq müharibə işlərinə yaramır".

Siyasi ekspert Yalçın Sarıkayanın fikrincə, hazırkı situasiyada Yunanıstan-Türkiyə gərginliyini körükləyən əsas aktorlar Fransa və ABŞ-dır:

"Türkiyəni xarici siyasətindəki əsas ağırlıq mərkəzləri olan Suriya, İraq, Liviya və Qarabağdan (Azərbaycan) qopararaq, başını Egeydə qatmaq istəyirlər. Qarabağ məsələsi ilə əlaqədar bu yöndə nisbətən rahatlasa da, İraq və Suriyada fəallaşan Türkiyəni Qərbin təsir zonasına çəkməyə çalışırlar. "EastMed"in sıradan çıxması ilə İsrail Türkiyə ilə əlaqələrini normallaşdırmağa məcbur qaldı. Avropa üçün də belə olacaq, amma bəzi aktorlar Yunanıstan vasitəsilə şanslarını sınamağa çalışırlar. Mübahisəli ərazi məsələsini qızışdıraraq, irimiqyaslı böhran yaratmaq üçün Yunanıstan hökumətini təhrik edirlər. Əvvəlki illərlə müqayisədə ABŞ və AB-nin açıq şəkildə Afinanı dəstəkləməsi bunun nümunələrindən biridir.

Türkiyə 2016-cı ildə beynəlxalq münasibətlərdə normallaşma səhifəsi açdı. Suriya, İsrail, Ermənistan, Misir və hətta İsraillə bu çərçivədə əlaqələr quruldu. Bu proses yunan tərəfinə təsir etdi. Qarşılıqlı səfərlər və müsbət açıqlamalar oldu. Amma yunanlara görə, bütün bunlar "tələ"dir. Bu səbəbdən tərəflər soyuqqanlı davranmalı və gərginliyi aradan qaldırmalıdırlar".


Etiketlər:  Türkiyəyə qarşı təhlükəli HƏMLƏ Qarabağ ilə bağlı ŞOK ADDIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ