Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 19:52
Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın dəfn mərasimi üçün Türkiyədən çiçəklər sifariş edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Antalya və İspartadan krallığa ən azı 1,5 milyon ədəd qərənfil göndəriləcək.
Bildirilib ki, vaxt məhdudiyyətindən dolayı qərənfillər TIR-larla deyil, təyyarələrlə İngiltərəyə çatdırılacaq. İstehsalçılar bu böyük həcmli sifarişi zamanında yollamaq üçün işçilərin sayını yarıbayarı artırıb.
Qeyd edək ki, kraliçanın dəfn mərasimi 19 sentyabrda keçiriləcək.