Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 20:04
Ukrayna ordusu Rusiyanın işğal etdiyi bütün əraziləri azad etməyə və 1991-ci il sərhədlərinə çatmağa hazırdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu bunun üçün lazım olan resursları artırıb:
"Biz strateji olaraq Xarkov istiqamətində irəliləyirik, artıq Luqanska, Donetsk vilayətinə çatırıq. Bu, bu gün perspektivdir... Biz müharibənin həllinə çatmağa hazırıq. Ukraynanın sərhədləri 1991-ci ildə beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilib və buna görə də sülhə nail olmağın yeganə yolu rəsmi sərhədlərə qayıtmaqdır".