Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 10:50
Məşhur türk aktyor Kubilay Aka şantaj olunaraq pulu mənimsənilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğuna müraciət edən aktyor özü məlumat verib.
Hadisə ilk olaraq aprel ayında cərəyan edib. Belə ki, naməlum şəxs tərəfindən Kubilaya intim videoları göndərilib və bank hesabına 40 min dollar (təxmini 68 min manat) ödəniş etməsə, sözügedən görüntülərin yayılacağı bildirilib.
Karyerasına xələl gələcəyindən qorxan Aka məcbur qalaraq istənilən məbləği ödəyib.
Bir neçə gün öncə isə aktyor başqa bir şəxs tərəfindən yenidən şantaj olunub. Bu səfər 60 min dollar(təxmini 102 min manat) tələb olunub.
Kubilay ikinci dəfə şantaja boyun əyməyib və polisə müraciət edib.
Hazırda məsələ ilə bağlı cinayət işi açılaraq araşdırma başladılıb.