Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 17:10
"İndi sənət o qədər ucuzlaşıb ki, tamaşaçı elə bilir ki, gördüyümüz iş çox rahatdır".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu "Özəl" verilişində deyib.
Həmkarlarından söhbət açan söz xiridarı onları xarici görkəmlərinə diqqət yetirmədiklərinə görə tənqid edib.
"Çox yaxşı meyxanaçılar var. Onlar on qat daha artıq işlər görə bilərlər. Amma onları qane edən, tamaşaçının verdiyi qonorar və göstərdiyi münasibətdir.
Ona görə də yatıb-durub, bir az yeyib, yenə də yatıb-dururlar. Hətta bu insanlar mövsüm boyu ərindiklərindən bərbərə də getmir, üst-başlarını da dəyişmirlər. Necə tamaşaçının qarşısına belə rahat çıxmaq olar?!".