Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvarda içməli su problemi... - VİDEO

Biləsuvarda içməli su problemi... - VİDEO

Tarix: 12 Sentyabr 2022 18:30

Kanallar boş qalıb, torpaq qatı isə susuzluqdan çat verib. Biləsuar rayonu Ovçubərə kəndinin sakinləri iddia edirlər ki, su üzünə həsrət qalıblar. Hazırda nə özlərinin, nə də saxladıqları mal-qaranın içməyə suyu yoxdur. Bu vəziyyət artıq  bir aydan çoxdur ki davam edir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bir aydan çoxdur ki, əkin sahələrini məcburiyyətdən şor qrunt suyu ilə suvarırlar. Kəndə su Araz çayının bir qolu vasitəsilə gəlir. Həmin sudan həm təsərrüfatda istifadə edirlər, həm də əkin sahələrini suvarırlar. Amma ötən ayın əvvəllərindən etibarən su sarıdan əziyyət çəkirlər.

Onlar iddia edirlər ki, dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, nəticəsi olmayıb.

Ovçubərə kənd inzibati ərazi nümayəndəsi Fəzail İsmayılıov bildirib ki, mövcud problem mövsümlə əlaqədardır. Hər il yayın son aylarında Araz çayında suyun səviyyəsi aşağı düşdüyü üçün kəndin aşağı hissəsinə su çatmır.

Qeyd edilib ki, iki-üç günə problem aradan qaldırılacaq, kənddən keçən kanala su veriləcək.

Milli.Az


Etiketlər:  Biləsuvarda içməli su problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ