Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yolu nə maşınla, nə də piyada getmək mümkün deyil - VİDEO

Bu yolu nə maşınla, nə də piyada getmək mümkün deyil - VİDEO

Tarix: 12 Sentyabr 2022 20:52

Yayda toz, payızda, qışda palçıq... Nə piyada rahat hərəkət edə bilir, nə maşınlar. Təcili maşınlar əraziyə qətiyyən təcili çata bilmir, taxsilər isə, ümumiyyətlə küçəyə dönməkdən imtina edirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Səbail rayonu Yüzbəy Mürsəlov küçəsinin sakinləri bildirib ki, təxminən iki il əvvəl kanalizasiya xətlərinin təmir olunması adıyla asvalt örtük sökülüb. Amma sonra təmir olunmayıb.

Sakinlər deyib ki, dəfələrlə Səbail rayon icra hakimiyyətinə müraciət etsələr də  5 günə, 10 günə yol təmir olunacaq deyib, məsələni 2 ilədək uzadırlar.

Səbail Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, Yüzbəy Mürsəlov küçəsində "Azərsu" ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən kanalizasiya və su xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb və görülən işlər bir müddət əvvəl başa çatıdırlıb.

Sözügedən ünvana Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Amma qurumdan dəqiq tarix deyilmədi.

Milli.Az


Etiketlər:  Bu yolu maşınla piyada getmək mümkün deyil VİDEO


RƏYLƏR