Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 13:36
"Sərhəddə baş verənlər bizim üçün çox pis nəticələnən olaylardır".
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan parlamentinin deputatı, "Şərəfim var" franksiyasının mənsubu Tiqran Abramyan belə deyib.
O, daha sonra söyləyib: "Əfsuslar olsun ki, Azərbaycan ordusu qarşısına qoyduğu məqsədlərə çatdı. Onlar yeni, çox əlverişli mövqelərə yiyələndilər, həmin mövqeləri möhkəmləndirdilər və hərbi infrastrukturumuza zərbələr endirdilər".
"Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyan isə Tanrıya yalvarmağa başlayıb: "Ölkəmizdə yaranmış belə vəziyyətdə Tanrıya dua edir, yalvarır və ondan təvəqqə edirəm ki, erməni xalqına, Vətənimizə arxa çevirməsin".