Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 16:24
Maliyyə Nazirliyi 52 təşkilatda maliyyə pozuntuları aşkar edib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2022-ci ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.