Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hüseyn TikTok-da Bilal Əliyevə təhqir yazanlara müraciət etdi - VİDEO

Hüseyn TikTok-da Bilal Əliyevə təhqir yazanlara müraciət etdi - VİDEO

Tarix: 13 Sentyabr 2022 17:10

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu TikTok-da Xalq artisti Bilal Əliyevə təhqirməmiz sözlər yazanlara səslənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə video paylaşaraq istifadəçilərdən bunu dayandırmağı rica edib:

"Tiktok platformasında olan əziz gənclər, sizdən bir xahişim var. Bilal Əliyevin səhifəsinə təhqiramiz sözlər yazmağa son qoyasınız. Ən azından respublikamızın Xalq artistidir və neçə illərin sənətkarıdır. Onun yaşına, sənətinə, illərinə hörmət edib, təhqirlər yazmayın. Ümid edirəm ki, xahişimə hörmətlə yanaşıb, bu şeylərə son qoyacaqsınız. Ona görə ki, olmaz. Artıq videolar yayılır. Xoş olmayan sözlər yazılır. Bu, bizə yaraşmaz. Siz axı Azərbaycanın gələcəyisiniz".

Milli.Az


Etiketlər:  Hüseyn TikTok da Bilal Əliyevə təhqir yazanlara müraciət etdi VİDEO


RƏYLƏR