Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 19:08
Rusiya paytaxtında horror-kvest (xüsusi hazırlanmış yerdə bir neçə nəfərlik komandalar üçün əyləncəli oyun) zamanı 15 yaşlarında olan üç yeniyetmə və iki işçi yaralanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Moskva İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.
Məlum olub ki, kvest zamanı uşaqların əlinə nasaz qaz balonu keçib. O alışıb. Bu zaman uşaqlar qəfəsdə olduqlarından, çıxa bilməyiblər.
"Onları qəfəsə salıblar, balonu yandırıblar, o da nasaz imiş. Böyük bir alov çıxıb və tavana keçib. Uşaqların üzərlərindəki paltarlar yanıb, onların üzərlərinə tavandan əriyən isti plastik damlayıb", - deyə uşaqlardan birinin anası deyib.