Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2019 21:04
Bakı. Trend:
Boliviyanın cənubunda baş verən qəzada ən az 18 nəfər ölüb, daha 17 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "El Deber" qəzeti yazıb.
Məlumata əsasən, Qəza Potosi departamentində baş verib. Yaralılar xəstəxanalara çatdırılıb.
İlkin polis məlumatlarına görə, yük maşını sürücüsü sürəti çox aşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin