Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 15:38
Türkiyənin məşhur milyonçu iş adamı Mehmet Dinçerler Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında Azərbaycan xalqına və şəhidlərinə dərin hüzünlə başsağlığı verib.
"Şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Azərbaycanın dərdi bizim dərdimizdir. Qardaşlarımıza başsağlığı veririk".
Xatırladaq ki, M.Dinçerler Türkiyənin pop ulduzu Hadisenin həyat yoldaşıdır.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.