Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək - Anar Eyvazov

İtkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək - Anar Eyvazov

Tarix: 14 Sentyabr 2022 18:09

Ermənistan geri çəkilməyə məcbur olub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov deyib.

Anar Eyvazov qeyd edib ki, təəssüf ki, bizim də itkilərimiz var və bu barədə əlavə məlumat veriləcək.

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.

O bildirib ki, beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.

"Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir", - rəis müavini deyib.

Milli.Az


Etiketlər:  İtkilərimiz var ictimaiyyətə əlavə məlumat veriləcək Anar Eyvazov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ