Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 21:51
Biz qonşuluğumuzda cərəyan edən hadisələri böyük narahatlıqla izləyirik.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Almaniyada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.
O, Azərbaycan və Ermənistanın Gürcüstan üçün dost ölkələr olduğunu deyib və tərəflərin tezliklə dialoqa qayıdacağına ümidvar olduğunu bildirib.
Qaribaşvili baş verənlərin regionda təhlükəsizlik mühitini daha da pisləşdirə biləcəyini, bu baxımdan hamının narahatlığına səbəb olmalı olduğunu qeyd edib.
Baş nazir özünün şəxsən vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saxlanılan ermənilərlə minlanmış ərazilərin xəritələrinin mübadiləsinə dair razılıq əldə edildiyini xatırladıb və tərəflərin tezliklə danışıqlar masasına əyləşərək münaqişəyə son qoyacağına ümidvar olduğunu bildirib.