Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 22:38
"Azərbaycanla sərhəddə baş verən son olaylardan Nikol Paşinyan məsuliyyət daşıyır".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.
Siyasətçi Ermənistan ordusunun hərbi təxribatlarının ölkəsinə baha başa gəldiyini etiraf edib.
Tovmasyan erməni ordusunda ciddi silah-sursat çatışmazlığının olduğunu və bunu da Baş nazir Nikol Paşinyanın dilə gətirdiyini söyləyib:
"Paşinyan açıq şəkildə bildirir ki, imkanı yoxdur, heç nə edə bilmir, həmişə kimlərəsə arxalanır. Onu da deyir ki, biz silah ala bilmirik".
Deputat Paşinyanı səriştəsizlikdə ittiham edib:
"Bu nə deməkdir ki, pulumuz var, amma silah ala bilmirik. Niyə bizə silah satmırlar, yaxud aldığımız silahları Ermənistana gətirmək imkanımız yoxdur? Belə olan halda Paşinyan ölkə başçısı kimi nə işlə məşğuldur?".
Tovmasyan Paşinyanın Ermənistandan qovulmalı olduğunu bildirib.