Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah HAVA necə olacaq? - PROQNOZ

Sabah HAVA necə olacaq? - PROQNOZ

Tarix: 15 Sentyabr 2022 12:20

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabah HAVA necə olacaq PROQNOZ


RƏYLƏR