Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni Zelandiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Yeni Zelandiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Tarix: 30 Sentyabr 2019 07:00

Bakı, Trend:

Şəxsi yüngül mühərrikli təyyarə Yeni Zelandiyanın şimal adasında yerləşən "Tararua Range" milli parkının ərazisində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bazar ertəsi, qəza nəticəsində iki nəfər ölüb. Vellinqtondan 100 km şimalda yerləşən "Fokspine" aerodromundan çıxan yüngül mühərrikli təyyarə bazar günü axşam quru ilə əlaqəsini itirib. Axtarış əməliyyatları zamanı təyyarənin parçaları, həmçinin pilot və sərnişinin cəsədləri tapılıb.

Yeni Zelandiya polisi və Mülki aviasiya təşkilatı araşdırma aparır və qəzanın səbəblərini axtarırlar.


Etiketlər:  Yeni Zelandiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ