Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 22:03
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək.
Sonxeber.net konkret.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.
Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.
Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: "Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik".
Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirib.
"Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək", - deyə o çərənləyib.