Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 23:22
İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə xilasetmə xidməti məlumat yayıb.
Bildirilir ki, iki-üç saat ərzində təxminən 420 mm yağıntı düşüb ki, bu da bölgədə bir illlik normanın yarısı qədərdir.
Məlumata görə, infrastruktura ziyan dəyib, torpaq sürüşmələri olub, bəzi yollar bağlanıb. Bəzi şəhərlərdə küçələri tamamilə su basıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilişində və rabitədə kəsintilər var. Bəzi şəhərlərdə məktəblər bağlanıb.