Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 01:46
Ailəsi, yaxınları onun toyuna hazırlaşırdı. Gələn ay özünə toy edəcəydi. Ancaq qismət olmadı. Zaqatala rayon Qımır kənd sakini Turan Məhərrəmov düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhidimiz bu gün doğulduğu kənd şəhidlər qəbristanlığında dəfn edilib.
Nikah mərasimi keçirmişdi.Özü də gələcək həyat yoldaşına ürəkdən hə cavabı vermişdi.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, nişanlı olan bun gəncin 22 gün sonra isə toyu olacağıdı.Ancaq, düşmənin təxribatının qarşısını alan zaman şəhid oldu.
Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Zaqatala rayon Qımır kənd sakini Turan Tərlan oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Qımır kəndinə gətirilib.
Turan Məhhərəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Dəfn mərasimində Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.
Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, Turan Məhhərəmov Vətən müharibəsinin də iştirakçısı olub.