Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 15:34
Cinsi istismara görə həbsdə olan məşhur prodüseri Harvi Vaynşteyn tələbi ilə gündəmə gəlib.
Sonxeber.net olay-a istinadən yazır ki, dişləri ilə bağlı problem yaşadığını bildirib. Lakin o, həbsxanadakı həkimlərə güvənmədiyini söyləyib. Özəl həkim istəyən Harvi məhkumlara baxan həkimlərin dişlərini çəkib, yerini doldurmamasından narahat olduğunu deyib.
Hətta Harvi məhkəmədə bu tələbinin yerinə yetirilməsi üçün hakimə yalvarıb. O, "Bu, təcili vəziyyətdir. Stomatoloqa ödənişi özüm edəcəyəm. Sadəcə bir dəfə gedəcəm. Hər gün ağrı hiss edirəm. Çürük dişlərim var və yemək yeyə bilmirəm" sözlərini səsləndirib.
Qeyd edək ki, o, 23 il müddətində həbsə məhkum edilib.