Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 20:48
BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.
"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.