Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya İzyum faciəsinə görə Rusiya üçün beynəlxalq tribunalın yaradılmasını tələb edir

Çexiya İzyum faciəsinə görə Rusiya üçün beynəlxalq tribunalın yaradılmasını tələb edir

Tarix: 17 Sentyabr 2022 23:58

Hazırda Avropa İttifaqına sədrlik edən Çexiya azad edilmiş İzyumda yeni kütləvi məzarlıqlar aşkar edildikdən sonra beynəlxalq müharibə cinayətləri məhkəməsinin yaradılmasını tələb edib.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski tviterdə bildirib.

"21-ci əsrdə mülki şəxslərə qarşı bu cür hücumlar ağlasığmaz və iyrəncdir. Biz bütün hərbi cinayətkarların cəzalandırılmasının tərəfdarıyıq. Mən təcavüz cinayətini araşdıracaq xüsusi beynəlxalq tribunalın tezliklə yaradılmasına çağırıram", - Lipavski qeyd edib.

Qeyd edək ki, İzyumda 450-yə yaxın məzar tapılıb. Meyitlərdən bəzilərinin əlləri arxadan bağlanıb. Məzarlıqda uşaqların meyitləri də var.


Etiketlər:  Çexiya İzyum faciəsinə görə Rusiya üçün beynəlxalq tribunalın yaradılmasını tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ