Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2022 20:04
Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Baş nazir Nikol Paşinyanla görüşüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Twitter" hesabında bildirilib.
"Spiker Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ABŞ-Ermənistan tərəfdaşlığı və digər prioritetləri, həmçinin demokratiya, regionda təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsi üzrə birgə öhdəliyimizi müzakirə etmək üçün Baş nazir Paşinyanla görüşüb", məlumatda qeyd olunub.