Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 12:18
Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclis 2019-cu ilin yaz sessiyasını və növbədənkənar iclasları uğurla başa çatdırıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasda deyib.
O.Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevin daxili və xarici siyasəti dəstəkləmək üçün bütün işləri görüb.
Spikerin sözlərinə görə, parlamentin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edib, eyni zamanda Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsini təşkil edib.
O.Əsədov parlamentin payız sesiyasının işinə uğurlar arzu edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin