Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masazırda ŞOK: sevdiyi xanıma görə kranın üzərinə çıxıb özünü atdı - VİDEO

Masazırda ŞOK: sevdiyi xanıma görə kranın üzərinə çıxıb özünü atdı - VİDEO

Tarix: 19 Sentyabr 2022 12:42

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün rəaziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub.

M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.

Milli.Az


Etiketlər:  Masazırda ŞOK sevdiyi xanıma görə kranın üzərinə çıxıb özünü atdı VİDEO


RƏYLƏR