Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 15:34
Ukraynanın işğal altında olan Luqansk vilayətində Rusiyanın hərbi bazası dağıdılıb.
Sonxeber.net report-a istinadən bildirir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqramda yazıb.
O bildirib ki, nəticədə Rusiyanın xeyli texnikası və canlı qüvvəsi məhv edilib.
Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.
Xatırladaq ki, daha əvvəl Rusiya qoşunlarının Luqanskın Kremennaya şəhərini tərk etməsinə dair məlumat yayılmışdı.