Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın itkiləri açıqlandı

Rusiyanın itkiləri açıqlandı

Tarix: 19 Sentyabr 2022 16:14

"Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 920 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 581 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiyanın itkiləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ