Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuz sakini qonşusuna atəş açıb

Tovuz sakini qonşusuna atəş açıb

Tarix: 19 Sentyabr 2022 21:44

Tovuz rayon sakini Ədalət Verdiyi qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.

Milli.Az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub. Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb.

Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Tovuz sakini qonşusuna atəş açıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ