Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 08:56
Dərbənd şəhərində üçü uşaq olmaqla, ümumilikdə 12 nəfər kafedə dəm qazından zəhərlənib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Dərbəndin mərkəzi dövlət xəstəxanasının baş həkimi Dövlətxan Mirzaxanov deyib.
"Ümumən, 12 nəfər zəhərlənib, 3-ü uşaqdır. Onların hamısı Dərbəndin Qaqarin küçəsindəki "Yakitoriya" kafesinə getmişdi" - deyə o bildirib.