Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 09:10
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 38 müntəzəm marşrut xətti üzrə 94 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Sonxeber.net-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-15 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi - şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur
4.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
5.Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.
6.Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından 20 Yanvar m/st istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
8. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
9. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Zərifə Əliyeva küçəsində;
13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
18. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
19. Babək prospekti, mərkəz istiqamətində;
20. Aeroport şosesi, Koroğlu m/st istiqamətində;
21. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.